
Qəzzada əldə edilən atəşkəs razılaşmasından sonra bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə Mülki-Hərbi Koordinasiya Mərkəzi (ISF) yaradılır.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat yayıb.
Nazirliyin həftəlik mətbuat brifinqində qeyd olunub ki, bu məqsədlə Mülki-Hərbi Koordinasiya Mərkəzi təsis edilib.
Əsas vəzifələr təhlükəsizlik patrullarının həyata keçirilməsi, humanitar yardımın çatdırılması, mülki infrastrukturun qorunması, sərhəd təhlükəsizliyi, yerli təhlükəsizlik qüvvələrinin təlimi və atəşkəsin izlənməsidir.
Bildirilib ki, Türkiyə silahlı qüvvələri beynəlxalq hüquq çərçivəsində sülhün bərpası və qorunması üçün ona həvalə olunacaq istənilən vəzifəni yerinə yetirməyə hazırdır.
O da qeyd olunub ki, Türkiyə atəşkəs razılaşmasının dörd qarant ölkəsindən biridir və digər tərəflərlə diplomatik və hərbi məsləhətləşmələri davam etdirir.
.