Türkiyə hərbçiləri Rusiya ilə birgə yaradılacaq Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun layihəsini qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə təqdim edilən qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

.