"Ərdoğan dalğalı dənizlərdə gəmini uğurla irəlilədir".
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, bir vaxtlar Türkiyədə polis maşınları üçün benzin tapılmırdı, indi isə durum dəyişib: “İndi bizim hər şeyimiz, o cümlədən PUA-larımız var. Biz çox böyük çətinliklərin öhdəsindən gəlmişik. 15 iyul çevriliş cəhdinə də təslim olmadıq. Həmin çevriliş cəhdinin arxasında ABŞ dayanırdı. Mən bunu deyəndə əsəbləşirlər. Amma ABŞ Türkiyədən gözünü çəkməyənədək mübarizə aparacağıq”.
S.Soylu bildirib ki, Türkiyənin görməli olduğu hələ çox iş var: “Rəcəb Tayyib Ərdoğan kimi liderlər yüz ildə bir dəfə dünyaya gəlir. O, dalğalı dənizlərdə gəmini uğurla irəlilədir. Biz belə bir lideri bir daha tapa bilmərik. Ona görə də çox çalışmalıyıq”.
Nazir vurğulayıb ki, Türkiyə yerli tanklarını, təyyarələrini istehsal edəcək: “Biz bunu edəcəyik. Sadəcə olaraq, indi xalqın dəstəyinə hər zamankından daha çox ehtiyacımız var”.
.
