Türkiyə Daxili İşlər Nazirliyi mayın 11-dən 81 vilayətdə fəaliyyəti bərpa olunacaq ticarət obyektlərinə göstəriş verib.
Mayın 11-də yerli vaxtla saat 09.00-da açılacaq dan satış yerlərində (geyim, oyuncaq, bitki, qab-qacaq və xırdavat əşyaları satışı ilə məşğul olan obyektlər) koronavirusla mübarizə çərçivəsində tətbiq edilən qadağalara ciddi əməl edilməlidir.
Bildirilib ki, sözügedən obyektlərdə insanlar arasındakı məsafə 3 metrdən az olmamalıdır və satıcılar maska ilə fəaliyyət göstərməlidirlər, eyni zamanda gigiyenik qaydalara əməl etməlidirlər.
.
