Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) Azərbaycanda bəzi layihələr həyata keçirəcək.

Bu barədə Türkiyə hökumətindəki mənbə bildirib.

İlkin mərhələdə TÜBİTAK-ın Milli Metrologiya İnstitutu tərəfindən Azərbaycan Metrologiya İnstitutunda ümumilikdə 27 laboratoriyanın qurulması planlaşdırılır. Laboratoriyaların qurulması 2021-2022-ci illər ərzində gözlənilir:

“TÜBİTAK Azərbaycan və eləcə də türkdilli ölkələrdə fəaliyyətinin genişləndirilməsində maraqlıdır".

Qeyd edək ki, 1963-cü ildən fəaliyyət göstərən TÜBİTAK dünyanın aparıcı təşkilatları və universitetləri ilə birgə mütəmadi layihələr icra edir.

Təşkilat elmi sahədə araşdırmalar həyata keçirir və araşdırmalar ölkəni prioritetlərə görə inkişaf etdirmək, mövcud elmi və texniki məlumatlara yiyələnmək məqsədi daşıyır.

Türkiyə Azərbaycanla “Ağıllı şəhər” sahəsində təcrübə mübadiləsi aparacaq

Türkiyə Azərbaycanla “Ağıllı şəhər” sahəsində təcrübə mübadiləsi aparacaq.

Bu barədə Türkiyə hökumətindəki mənbə bildirib.

Qeyd edilib ki, “Ağıllı şəhər”lə əlaqədar birgə layihələrin hazırlanması üçün səylər də davam etdiriləcək:

“Ağıllı şəhər" layihələrinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrində də həyata keçirilməsi nəzərdə tutulur”.

.