Türk Dövlətləri Təşkilatının (TDT) mülki müdafiə mexanizminin yaradılması mərhələsindəyik.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu TDT Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə deyib.

O bildirib ki, bu gün bu istiqamətdə ilk addımlar atılır.

“Zəlzələlər güclü və dağıdıcıdır. Amma inanırıq ki, bizim qardaşlığımız daha güclüdür”, - Süleyman Soylu qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da Zirvə görüşündə iştirak edir.

.