Türkiyənin məşhur aktyoru Nüsret Çetinel dünyasını dəyişib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, 69 yaşında vəfat edən aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
1952-ci il yanvarın 26-da anadan olan N.Çetinel “Behzat Ç.”, “Muhteşem Yüzyıl”, “İzmir çetesi” kimi seriallarda rol alıb.
Ankara Dövlət Konservatoriyasının məzunu olan aktyor həmçinin dublyaj sahəsində də çalışıb.

.