Yaxın vaxtlarda Ukraynada döyüş bölgəsində atəşkəs təklifi gözlənilə bilər.
Bunu Polşanın baş naziri Donald Tusk mətbuat konfransı zamanı deyib.
"Biz çox tezliklə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayanda, potensial atəşkəs təkliflərini gözləyə bilərik", - o qeyd edib.
Onun sözlərinə görə, Vaşinqtonun münaqişənin sülh yolu ilə həlli planı hazırlıq mərhələsindədir. Sənəddə təmas xətləri və Kiyev üçün zəmanətlər yer alacaq.
Polşanın baş naziri əlavə edib ki, ABŞ-nin qərarı Vaşinqtona Avropa ölkələri qarşısında bəzi öhdəliklərdən azad olmağa imkan verəcək.
.