"Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya sahilyanı ölkələrin dövlət başçılarının növbəti görüşündə razılaşdırıla bilər”.

"RİA Novosti” verdiyi məlumata görə, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov rusiyalı həmkarı Vladimir Putinlə Aşqabadda görüşü zamanı deyib:
"Ümid edirik ki, Xəzəryanı ölkələrin 5-ci sammitində Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində birgə işin yekunu nəzərdən keçiriləcək. Bu məsələ strateji əhəmiyyət daşıyır. Mən ümid edirəm ki, bütün sahilyanı ölkələr bu məsələnin həllinə tərəfdar çıxacaq”.

.