
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov "Konstitusiya və Maxtumqulu Fraqinin poeziyasının günü ilə əlaqədar məhbusların əfvi” haqqında fərman imzalayıb.
Oxu.az bildirir ki, bu barədə Türkmənistan prezidentinin saytı xəbər yayıb. Sənədə əsasən, 1202 vətəndaş həbsxanadan azad olunacaq.
Berdiməhəmmədov müvafiq qurum və yerli hakimiyyət orqanlarına əfv olunan şəxslərin hamısının bayram gününü ailələrində keçirmələrini və onların işlə təmin olunması üçün lazımı tədbirləri həyata keçirməyi tapşırıb.