Türkiyədə, Xalqların Demokratik Partiyasının (HDP) Adana və Mersin vilayətlərindəki qərargahlarında partlayış baş verib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, eyni dəqiqələrdə baş verən partlayışlarda ilkin məlumatlara görə, 3 nəfər yaralanıb.
HDP-nin Adanadakı qərargahından verilən məlumata görə, partlayış qərargaha göndərilən paketin partlaması nəticəsində baş verib. Mersində isə dünən göndərilən çiçək buketi bu gün açılanda partlayış olub.
Qeyd edək ki, HDP-nin həmsədri Səlahəddin Demirtaş bu gün Mersin şəhərində seçki mitinqi keçirməli idi.
