Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda terrorçu PKK silahlılarının əl qumbaraları ilə törətdikləri partlayış nəticəsində 3 polis yaralanıb. Yenizaman.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Yaralı polislər Nusaybin Dövlət Xəstəxanasına çatdırılıb.
Hazırda bu bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Terrorçuların məhv edilməsi üçün rayona əlavə hərbi birləşmə göndərilib.
