Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini dayandırmasına cavabsız qalmayıb.

Türkiyə də ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.
Türkiyənin ABŞ-dakı səfirliyi məsələ ilə bağlı açıqlama verib:
"Son zamanlarda baş verən hadisələr Türkiyə hökumətini ABŞ-ın Türkiyə nümayəndələrinə qarşı öhdəliklərinə yenidən baxmağa məcbur edib. Sözügedən dəyərləndirmə müddətində ABŞ-dakı səfirliyimizə gələn ziyarətçi sayını minimuma endirmək məqsədilə Amerikada yerləşən bütün səlahiyyətli orqanlarımızdakı ABŞ vətəndaşlarının viza əməliyyatları dayandırılıb”.
Qeyd edək ki, ABŞ da Ankaradakı səfirliyi və konsulluqlarına gedən ziyarətçi sayını azaltmaq üçün Türkiyədəki bütün diplomatik mövqeyi olan və qaçqın olmayan vətəndaşların viza xidmətlərini dayandırdığını açıqlamışdı.

.