Avstriya hakimiyyəti Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin ölkəsinə girişini qadağan edib.

"Anadolu” agentliyi xəbər verifr ki, türkiyəli nazirin 2016-cı il iyulun 15-də edilən dövlət çevrilişə cəhdin ildönümü ilə bağlı tədbirdə iştirakı planlaşdırılırdı.

"Mən təsdiq edə bilərəm ki, Avstriyanın xarici işlər naziri həqiqətən Türkiyənin iqtisadiyyat nazirinin ölkəyə girişini qadağan edib”, - Avstriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, türkiyəli nazirin səfəri Avstriyada ictimai asayişin və təhlükəsizlik üçün təhlükə təşkil edir.
.