
Türkiyə İranın təbii qazla bağlı təklifini rədd edib. İran neft naziri Bijen Namdar Zengene bildirib ki, rəsmi Tehran rəsmi Ankaraya təbii qaz qiymətində endirim təklif edib. Bunun üçün də təbii qaz ixracatını da iki dəfə artırmaq təklif edilib. Ancaq Ankara bu təklifi rədd edib. Rəsmilər bildiriblər ki, təklif məqbul deyil və qəbul edilə bilməz.
Rusiya, İran və Azərbaycandan təbii qaz alan Türkiyə, ən bahalı qazı İrandan almağa davam edir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ötən ay İran ziyarətində qazın bahalığından şikayətlənib. Dövlət başçısı "Ucuzlaşdırın, biz də daha çox alaq,- mesajı vermişdi.
İran neft naziri də bu günlərdə bildirib ki, həmin təklif nəzərə alınıb. Yəni Türkiyə İrandan alsığı qazın həcmini artırsa, qiymətlər aşağı salınacaq. Türkiyə isə bu təklifi qəbul etməyib. Türkiyə İrandan illik 10 milyard kubmetr qaz alır.
Ancaq Türkiyə tərəf bildirir ki, təklif bir qədər fərqli olub. Yəni İran ilk 10 milyard kubmetr təbii qazın qiymətini dəyişdirməyib. İkinci 10 milyard kubmetrlik əlavə satış olsa, ona endirim ediləcək.