Türkiyənin daxili işlər naziri Əfqan Ala ölkədə baş verən son hadisələrlə bağlı həbs edilənlərin sayını açıqlayıb.
Yenizaman.az Türkiyə KİV-ə istinadən bildirir ki, iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi və FETÖ təşkilatının fəaliyyəti ilə bağlı bu günədək 18 min 44 nəfər saxlanılıb. Məhkəmələr həmin şəxslərdən 9 min 677-nin həbs edilməsinə qərar verib. Bundan başqa ümumilikdə 49 min 211 nəfərin pasportunun etibarlılığına xitam verilib.
.
