
Türkiyənin Mardin şəhərində sığınacaqda qalan suriyalılarla təhlükəsizlik işçiləri arasında yaşanan gərginlik zamanı 5 nəfər yaralanıb. On yeddi nəfər isə nəzarətə alınıb.
Mardinin Derik mahalına sığınanlar bildiriblər ki, günorta yeməyindən zəhərləniblər. Bu səbəbdən qarşıdurma yaranıb. Hadisəyə müdaxilə edən təhlükəsizlik qüvvələri ilə suriyalılar arasında gərginlik yaşanıb. Bildirilir ki, 5 min 230 suriyalının qaldığı müvəqqəti sığınma mərkəzində paylanan günorta yeməyindən sonra 66 adam qusma və mədə bulanması şikayəti ilə xəstəxanaya müraciət edib.
Bildirilir ki, mərkəzdə qalan bəzi Suriyalılar bu vəziyyəti bəhanə edərək təhlükəsizlik güclərinə qarşı azğınlıq edib. Nəticədə beş polis yaralanıb, 17 suriyalı isə nəzarətə alınıb. Xəstəxanaya müraciət edənlərin durumu normaldır. Yeməklərdən isə yoxlanılması üçün nümunələr götürülüb.