Türkiyədə referendum aprelin 16-na planlaşdırılıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin ədalət naziri Bəkir Bozdağ jurnalistlərə deyib.

 

Nazir bildirib ki, Konstitusiyaya dəyişikliklərə əsasən dövlət başçısına parlamenti ləğv etmək səlahiyyəti verilmir:

"Prezidentimizin bir tərəddüdü yoxdur. Referendumun ilkin olaraq aprelin 16-da keçirilməsi planlaşdırılır".

 

.