Türkiyənin Adana şəhərində üç mərtəbəli qızlar məktəbində yanğın baş verib.

AzNews.az CNN Türkə isitnadən xəbər verir ki, yerli vaxtla saat 19.30-da Adana şəhərinin Aladağ bölgəsində 200 nəfər qızın təhsil aldığı məktəbdə yanğın baş verib. Nəticədə 1 nəfər məktəb işçisi və 11 nəfər şagird dünyasını dəyişib, 22 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Dünyasını dəyişənlərin hamsı yanaraq can veriblər. Yaralanan şagirdlərin əksəriyyəti qorxudan özlərini pəncərədən atdıqları üçün müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Adana Bələdiyyə Başçısı Hüseyn Sözlü bəyan edib ki, yanğın pilləklərinin olduğu otağın qapısının bağlı olması səbəbindən bu qədər çox şagird dünyasını dəyişib. 
Yanğının baş vermə səbəbi naməlum olaraq qalır. 
.