Partlayışa səbəb relslərə qoyulan əl istehsalı bomba olub. Təxminən 10 vaqon relsdən çıxıb.
Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədə vertolyotların dəstəyi ilə əməliyyat başlanıb. Polis partlayış nöqtəsindən təxminən 50 metr məsafədə partlayıcı yerləşdirmək üçün qazıldığı təxmin edilən bir çuxur tapıb.
15:00
Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib.
Vilayətin Sur rayonundan keçən dəmiryol relslərində partlayış qeydə alınıb. Bir neçə vaqon relsdən çıxıb.
Əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib.
Hadisə nəticəsində ölən və ya yaralıların olmadığı deyilir.
.
