Türkiyənin Siirt vilayətinin Şirvan mahalında terror aktı törədilib.
Publika.az bildirir ki, kənd mühafizəçiləri torpağa basdırılmış partlayıcını zərərsizləşdirmək istəyərkən PKK terrorçuları tərəfindən pultla partladılıb.
Partlayış nəticəsində 1 kənd mühafizəçisi şəhid olub, 2-si ağır yaralanıb.
PKK-çıların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat başlanıb.
