Türkiyədə növbəti terror hadisəsi baş verib. Bizimyol.info xəbər verir ki, Mardinin Midyat qəsəbəsində polis idarəsi yaxınlığında bomba yüklü avtomobil terrorçular tərəfindən partladılıb. Partlayışdan sonra polislərlə terrorçular arasında atışma baş verib. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları gəlib. Hadisə nəticəsində 2 polisin şəhid olduğu bildirilir. Çox sayda yaralı var.

Partlayışın təsirindən ətrafdakı binalara ciddi ziyan dəyib.



.