Türkiyənin Elazığ şəhərində Polis İdarəsinin qarşısında partlayış olub.
Partlayışın PKK terrorçuları tərəfindən törədildiyi açıqlanıb.
APA-nın "Hüriyyet" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular bompa yüklənmiş avtomobili partladıblar. Partlayışdan sonra atışma baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində 3 polis həlak olub, 100-dən çox yaralı var. 150-yə yaxın avtomobilə ziyan dəyib.
.