Türkiyənin Siirt vilayətinin Şirvan rayonunda özəl bir şirkətə məxsus mis mədəni çöküb.
"Qafqazinfo”nun "Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində dağıntılar altında 10 işçi, 8 yük maşını və 3 iş maşını qalıb.
Hadisənin baş verdiyi əraziyə təcili tibbi yardım xidmətləri və xilasedicilər cəlb olunub.
Mədənin hansı səbəbdən çökdüyü bilinmir.
.
