Türkiyədəmikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 7 nəfər ölüb.
YZ "Haber7"yə istinadənxəbər verir ki, hadisə Bursa-Ankara avtomobil yolunun İnegöl Babsultan hissəsində qeydə alınıb.
Qəzanın baş verdiyi əraziyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
Hadisənin səbəbi araşdırılır.

