Türkiyənin Diyarbəkir şəhərində partlayışın Diyarbəkir rayon Polis İdarəsinin Bağlar qəsəbəsində yardımçı binasında zirehli avtomobillərin təmiri emalatxanasında baş verdiyi məlum olub.

APA-nın "Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış aksiyaların dağıdılması üçün istifadə edilən xüsusi texnikanın təmiri zamanı baş verib.

Partlayış baş verən emalatxana binası çöküb. Hadisə yeriən xilasedicilər cəlb olunub.

Türkiyənin NTV telekanalı 1-i ağır olmaqla, 4 yaralının olduğu barədə məlumat yayıb.


****

Türkiyənin Diyarbəkr vilayətinin Bağlar mahalında güclü partlayış baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə təhlükəsizlik gücləri və təcili tibbi yardım qrupları göndərilib.

Patlayışın polis məktəbi ətrafında baş verdiyi bildirilir. 

Təhlükəsizlik orqanlarındakı mənbə "Reuters” agentliyinə çoxlu sayda yaralının olduğunu bildirib. 


.