Türkiyənin Sarayburnu sahilində sahil-mühafizə gəmisi ilə yük gəmisi toqquşub.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində gəmi batıb. Hadisə yerinə Dövlət Sularda Xilasetmə xidməti, polis heyəti cəlb olunub.
İlkin məlumatlara görə, gəmidə 6 nəfər olub. Onlardan 3-ünün həyatını xilas etmək münkün olub. Digərlərinin axtarışı davam edir.
.

