Türkiyədə ağır yol qəzası baş verib.

"Haber7" xəbər verir ki, ölkənin Sakarya əyalətinin Hendek rayonunun Çamlıca kəndində fəhlələri daşıyan traktorun aşması nəticəsində 7 nəfər ölüb, 20 nəfər yaralanıb.
Fəhlələr fındıq toplamaq üçün Diyarbakıra gedirmiş.
Qəzanın səbəbləri araşdırılır.
.