Türkiyənin Trabzon şəhərində insan alverinə qarşı mübarizə tədbirləri həyata keçirilib.
Polisin keçirdiyi əməliyyat zamanı 25 xarici vətəndaş saxlanılıb.
Fahişəliyə qarşı mübarizə çərçivəsində şəhərdə bəzi obyektlərə basqın edilib.
Cəmi 8 bar və kafedə yoxlama aparılıb. 12-i Azərbaycandan, 3-ü Gürcüstandan, 3-ü Rusiyadan, 4-ü Ukraynadan, Özbəkistandan, Qırğızıstan və Moldovadan olmaqla ümümilikdə 25 qadın yaxalanıb.
Qadınlar sənəd işləri bitdikdən sonra ölkədən deportasiya ediləcək.
.
