Türkiyənin Qaziantep vilayətində dəhşətli yanğın baş verib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Naciyə - Mehmet Emin Bakır cütlüyünün yaşadığı birmərtəbəli evdə yanğın başlayan yanğının miqyası qısa müddətdə genişlənib. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər ev tamamilə yanıb. Nəticədə Mehmet Emin Bakır və onun 6 uşağı yanaraq ölüb. Huşsuz vəziyyətdə tapılan Naciyə Bakır isə xəstəxanaya çatdırılıb.
