Türkiyədə polisə qarşı daha bir terror aktı törədilib. 

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Diyarbekirin Dicle rayonunda polis zirehli maşını yolu keçərkən partlayış baş verib. Hadisə nəticəsində 8 nəfər yaralanıb. Onlardan 2-sinin polis, 6-sının mülki vətəndaş olduğu bildirilir. Hadisə yerinə çox sayda təcili yardım maşını cəlb edilib.

Partlayışın səbəbi hələki məlum deyil.

.