Türkiyədə daha bir nəfərdə koronavirus aşkarlanıb.
Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
"Dünən axşam nəticələri məlum olan test bizi kədərləndirdi. Daha bir koronavirus xəstəmiz var”, - nazir "Twitter”də bildirib.
Beləliklə, Türkiyədə koronavirus daşıyıcılarının sayı 2-yə çatıb.
Qeyd edək ki, Türkiyədə koronavirusa ilk yoluxma faktı martın 11-də qeydə alınıb.
