Türkiyənin Konya şəhərində avtomobil dayanacağında güclüyanğın baş verib.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Karatay rayonunun Tatlıcak məhəlləsində Konya Böyükşəhər Bələdiyyəsinə məxsus dayanacaqdaolub.

Nəticədə 70-ə yaxın minik və yükavtomobilləri, o cümlədən mikroavtobuslaryararsız vəziyyətə düşüb, ətrafı qatı tüstü dumanı bürüyüb.

Yanğını təxminən iki saatdan sonra lokallaşdırmaq mümkün olub.

Hadisəninbaş vermə səbəbləri məlum deyil

.