Türkiyədə sərnişin avtobusu aşıb.
Yenizaman.az yerli KİV-ə istinadən bildirir ki, qəza Ankara və Aksaray arasındakı avtomobil yolunda baş verib.
Avtobusun aşması nəticəsində 6 nəfər həlak olub, 42 nəfər isə xəsarət alıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər briqadası cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Yol qəzasının digər təfərrüatları barədə xəbər verilmir.
.
