Türkiyənin 6 əyalətində terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində 81 nəfər tutulub. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, tutulanların 21-i qruplaşmanı idarə edənlərdir.


Məlumata görə, əməliyyatı İstanbul Təhlükəsizlik İdarəsi Terrorçuluğa qarşı mübarizə şöbəsinin əməkdaşları keçiriblər.

 

Antiterror tədbiri Türkiyənin İstanbul, Qaziantep, Şanlıurfa, Kırklareli, Ədirnə və Ərzurum əyalətlərində gerçəkləşdirilib.

Tutulanların 20-si 18 yaşdan kiçik, 60-ı isə xarici ölkə vətəndaşıdır. 

.