Türkiyənin Mardin vilayətində təşkil edilən əməliyyat zamanı 11 terrorçu yaxalanıb.
 
Bu barədə Mardin valiliyi məlumat yayıb.
 
Əməliyyatın Jandarma Komandalığı və təhlükəsizlik qüvvələri tərəfindən birgə həyata keçirildiyi vurğulanıb.
 
Terrorçulara aid xeyli silah-sursatın da ələ keçirildiyi bildirilib.
 
Əməliyyatlar davam edir.

axar.az
.