"Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanındayıq".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Ancaq bu gün Ermənistan bu məsələyə laqeyddir və prosesi ləngitməyə çalışır".

"Türkiyə atom elektrik stansiyasından yalnız dinc məqsədlər üçün istifadə etmək niyyətindədir".

Bunu da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyənin Akkuyudakı AES-dən hərbi məqsədlər üçün istifadə etmək istədiyini düşünənlər kökündən yanılırlar və onlar bu sahədən başı çıxmayanlardır: "Bu stansiya Türkiyənin elektrik ehtiyaclarının 10%-ni ödəyəcək".

.