Türkiyənin baş nazirinin müavini Mehmet Şahin Türkiyə parlametinə seçkilərin 2019-cu ildə keçiriləcəyini açıqlayıb.
Türkiyə baş nazirinin müavinin sözlərinə görə, prezident Rəcəb Tayyip Ərdoğan vaxtından əvvəl parlament seçkiləri ilə bağlı qərar vermək niyyətində deyil:
Prezident dünən çox aşkar şəkildə bəyan etdi ki, ölkədə vaxtından əvvəl parlament seçkiləri keçirmək niyyətində deyil. Seçkilər 2019-cu ilin noyabr ayında baş tutacaq. Bizim hazırda görəcəyimiz işlər var.
Türkiyədə ötən bazar günü ölkənin "parlament üsul-idarəli" respublikadan "prezident" respublikasına keçidi nəzərdə tutan konistitusiya dəyişiklikləri ilə bağlı referendumdan "Hə” çıxdı. Dəyişiklik tərəfdarı olan insanlar səs verənlərin 51,3 faizini təşkil edib.
Bundan sonra prezident üsuli-idarəsinə keçən Türkiyədə baş nazirin səlahiyyətləri məhdudlaşacaq. Prezidentə isə vitse-prezident, nazirlər, hakimləri və prokurorları təyin etmə səlahiyyəti verilir.
