Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bombalı hücum nəticəsində 20-dən çox insan vəfat edib. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış "canlı bomba” tərəfindən törədilib. Məlumata görə, 20-dən çox insan ölüb, onlarla insan yaralanıb. Ölü sayının artması ehtimalı da mövcuddur.

Reuters agentliyi isə partlayış nəticəsində artıq 30 nəfərin öldüyünü bildirib.

.