Bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin video-konfrans formatında görüşü keçiriləcək.

Görüş zamanı Suriyadakı vəziyyət müzakirə ediləcək.

Qeyd edək ki, sonuncu dəfə 3 ölkənin XİN başçılarının Suriya böhranı ilə bağlı görüşü 2019-cu ilin dekabr ayında Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilib.
.