Türkiyə Prokurorluğu dövlət çevrilişinə cəhddə ittiham olunan və hazırda ABŞ-da yaşayan "FETÖ” terror təşkilatının rəhbəri Fətullah Güləni 3,6 min il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Türkiyə KİV-i xəbər verir ki, ümumilikdə, ona qarşı 15 cinayət işi açılıb. Prokurorluq Gülənin bir neçə milyon dollarlıq cərimə olunmasını da istəyib.
Türkiyə Fətullah Güləni 15 iyul çevrilişinin əsas təşkilatçısı hesab edir.
