"Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində bildirib.

"Ölkəmiz və Azərbaycanın bu problemin həlli üçün gördükləri tədbirləri beynəlxaq ictimaiyyət sükütla qarşılaya bilməz. Beynəlxalq ictimaiyyətin dünyadakı haqsızlığa "dayan” deməsini gözləyirik. Türkiyə və Azərbaycan olaraq, inandığmız dəyərlər uğrunda ortaq mübarizəmizi davam etdirəcəyik”, - Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyə və Azərbaycan güclü siyasi iradə ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən yaradıb.

Bunu da Türkiyə Prezidenti İzmirdə STAR neft emalı zavodunun açılış mərasimində bildirib.

O qeyd edib ki, bu gün STAR-ın açılışı ilə Azərbaycanla dünyaya nümunə olan münasibətlərimizi bir addım da irəlilədirik.

"STAR zavodunun açılışı ilə Azərbaycanla əlaqələrimizi iqtisadi baxımdan da gücləndiririk. Dünyaya nümunə olan münasibətlərimizi bir addım da irəli aparırıq. Regional və qlobal əhəmiyyəti olan TANAP-ı icra olunan layihələrə əlavə etmişik, bu gün açılışını həyata keçirdiyimiz STAR zavodu ilə daha bir addım atırıq. Dünyanın ticarət müharibələri və böhranları ilə sarsıldığı vaxtda bir-bir açılışını həyata keçirdiyimiz layihələrlə ölkələrmizin ortaq hədəflərə yaxınlaşdığını düşünürəm”,- Türkiyə Prezidenti bildirib.

Prezident qeyd edib ki, STAR Türkiyənin ilk Starteji Sərmayə Təşviq Sənədinə sahib olma xüsusiyyətinə də malikdir. Türkiyə Prezidenti bu zavodun ən böyük milliləşdirmə layihəsi olduğunu da vurğulayıb.

.