Türkiyənin Diyarbəkir vilayətində polis idarəsi partladılıb. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayış daha öncə polis məktəbi kimi istifadə olunan polis idarəsinin olduğu binada baş verib. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. 

Partlayış yerinə çox sayda təcili tibbi yardım və polis maşınları cəlb edilib. 

İlkin ehtimala görə, hücum bomba yüklü maşınla təşkil olunub. 

09:48
***

Diyarbəkirdə baş verən partlayış nəticəsində 6 nəfərin yaralandığı bildirilir. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayışdan sonra polis əməkdaşlarıyla terrorçular arasında atışma baş verib.

Partlayış nəticəsində yaxınlıqdakı binalara zərər dəyib.

10:00
***

Polis idarəsinə təşkil edilən hücum nəticəsində 1 nəfər ölüb. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 30-dan çox insan yaralanıb. 

10:08
***

Diyarbəkir valiliyindən verilən məlumata görə, partlayış PKK terrorçuları tərəfindən törədilib. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bombalı hücum zamanı 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Ölənlərdən birinin polis əməkdaşı, digərinin isə mülki vətəndaş olduğu bildirilir. 





 

.