"Dünyəvilik yeni konstitusiyada olmamalıdır" deyərək gündəmə gələn  Türkiyə parlamentinin sədri  İsmayıl Qəhrəmanın 2014-cü ildəki sensasion çıxışı üzə çıxıb.
 
Avropa.info xəbər verir ki, İsmayıl Qəhrəmanın 2014-cü ildə  Əskişəhərdə etdiyi çıxış zamanı  "Cümhuriyyətin qurucusu olan kadrlar dinsiz idilər" dediyi məlum olub.

İsmayıl Qəhramanın söylədiyi bu  fikirlər sosial mediada ciddi müzakirə mövzusu olub. 2014-cü ildə etdiyi bildirilən çıxışında Qəhrəman Mustafa Kamal Atatürklə də bağlı fikirlərini açıqlayıb.
 
"Bu gün  Türkiyədə matəm günüdür, Atatürk öldü. Dünyanın heç bir yerində  böyük  bir adam öldü deyə ağlamazlar.  Hər canlı ölümü dadacaq . Vaxtı gəldi öldü. O ölməz deyirdilər, amma öldü. 76 ildir ölmüş adamdan əl çəkmirlər.
 
Cümhuriyyəti quran kadr pozitivist olub. Pozitivist nədir? Gördüyünə  inanır. Vəhyi ayəni inkar edirlər.  Pozitivizm Cümhuriyyəti quranların ideologiyası oldu, dindən uzaqlaşdılar".
.