"S-400” raket sistemlərinin alınması barədə uzun müddətdir ki, Rusiya ilə müzakirələr aparan Türkiyə, nəhayət ki, istəyinə çatdı.
Iki ölkə arasında müzakirələr imzaların atılması ilə yekunklaşıb.
Rusiya ilk mərhələdə Türkiyəyə 2 ədəd "S-400” sistemi göndərəcək. Bu sistemlərdən biri Suriya və İrandan gələ biləcək təhdidlərə qarşı ölkənin şərq bölgəsinə, digəri isə Yunanıstandan gələcək təhlükələrə qarşı qərb sərhədinə yerləşdiriləcək. Sistemlərin Türkiyəyə gətirilməsi 2018-ci ilə planlaşdırılıb.
Yeni raket sistemləri kompleksi isə Türkiyədə istehsal olunacaq.
.
