Amerikalılar İraqın şimalında PKK terror təşkilatının silahlılarına təlim keçir.

Trend-in məlumatına görə, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O qeyd edib ki, ABŞ vətəndaşlarının İraqın şimalında və terrorçuların sırasında mövcudluğunu təsdiq edən faktlar var.

S.Soylunun sözlərinə görə, digər terror təşkilatlarına yardım göstərən başqa ölkələr də mövcuddur.
.