Türkiyənin "Turkish Airlines" aviaşirkəti Misirin Şarm əl-Şeyx kurort şəhərinə reysləri noyabrın 16-dək təxirə salmaq haqda qərar çıxarıb.

Musavat.com-un məlumatına görə, bu barədə şirkətin saytındakı xəbərdə deyilir.

""Turkish Airlines" aviaşirkətinin təyyarələri təhlükəsziliyin təmin olunmasında problemlərlə bağlı Şarm əl-Şeyx şəhərinə uçuşları noyabrın 16-dək təxirə salır" - xəbərdə qeyd edilir.

Qeyd edək ki, bundan qabaq Böyük Britaniya, Fransa, Almaniya, ABŞ, Rusiya uçuşları dayandırma barədə qərar verib.
.