PKK terrorçuları Türkiyənin Van əyalətinin Çaldıran rayonunda partlayış törədib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, yol kənarına quraşdırılan kustar üsulla hazırlanmış partlayıcı qurğu hərbi maşın keçən an işə salınıb. Partlayış nəticəsində beş hərbçi həlak olub, üç nəfəe isə yaralanıb.
İnsidentin baş verdiyi ərazidə hazırda Hərbi-Hava Qüvvələrinin dəstəyi ilə terrorçuların müəyyən olunaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilir.
.
