Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Bakı əvəzinə Ankarada keçiriləcək. APA-nın Türkiyənin rəsmi "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, toplantının Ankarada keçirilməsi təşəbbüsünün Azərbaycan prezidentindən gəlib.
Agentlik Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən Ərdoğanın bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdiyini yazıb.
