"Türkiyə Avropaya getmək istəyən qaçqınlara görə Avropa İttifaqı ilə sərhədi bağlamayacaq”.

"Daily Sabah” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, bu mövqeyini Avropanın Suriyanın şimal-qərbindəki humanitar böhranı görməzdən gəlməsi ilə əsaslandırıb.

Qeyd edək ki, Yunanıstan hərbçiləri Türkiyədən Avropaya keçmək istəyən miqrantlara artıq atəş açmağa başlayıb.

Xatırladaq ki, fevralın 27-dən 28-nə keçən gecə İdlib bölgəsində 36 hərbçisinin şəhid olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb.
.